• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

ÜST-dən "omikron"la bağlı ÇAĞIRIŞ: pandemiyaya qalib gələ bilməyəcəklər

CƏMİYYƏT

05 Yanvar 2022 | 11:55 | Müəllif: Qalib İbrahimoğlu

ÜST-dən "omikron"la bağlı ÇAĞIRIŞ: pandemiyaya qalib gələ bilməyəcəklər

“Omikron”un sürətlə yayılması fonunda dövlətlər təkcə əlavə peyvəndlərin köməyi ilə pandemiyaya qalib gələ bilməyəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dünya ölkələrinə çağırışında bildirilir.

Təşkilat son dərəcə yoluxucu olan “omikron” variantının geniş yayılmasını nəzərə alaraq hər bir ölkənin öz əhalisini COVID-19-a qarşı immunlaşdıra bilməsi üçün beynəlxalq birliyi maksimum səy göstərməyə çağırıb.

ÜST-nin aparıcı epidemioloqu Mariya van Kerkxov Britaniyanın BBC media şirkətinə müsahibəsində deyib ki, intensiv ünsiyyət, effektivliyi sübut olunmuş təbirlərin məhdud tətbiqi və vaksinasiya ilə əhatənin məhdudluğu hər bir ştamın, hər bir virusun yayılmasını təmin edir.

ÜST-nin epidemioloqu Abdi Mahmud isə Cenevrədə brifinqdə çıxış edərək bildirib ki, hələ Milad bayramından əvvəl “omikron” virusu dünyanın 128 ölkəsində aşkar edilmişdi: "Yeni ştam ilə yoluxma halında xəstəliyin yüngül formada keçməsini təsdiq edən inandırıcı məlumat yoxdur".

Onun sözlərinə görə, COVID-19-un yeni dalğası yayılmış Londonda xəstəxanaya düşənlərin sayı əvvəlki dövrlə müqayisədə 20 faiz aşağıdır: "Bu o deməkdir ki, əgər siz vaksinlənmisinizsə, deməli müdafiə olunmusunuz, əks halda siz risk qrupundasınız və “omikron” sizin üçün təhlükə mənbəyidir”(Azərtac).

Planetin ən həssas əhali qruplarının peyvəndlə təmin edilməsi çox çətindir. ÜST nümayəndəsinin fikrincə, dünyanın hər bir ölkəsinin əhalisinin azı 70 faizini vaksinlənməsi zəruridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR