• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Dələduzlar pulların yuyulmasında NFT-lərdən daha çox istifadə edirlər

CƏMİYYƏT

04 Fevral 2022 | 07:49 | Müəllif: Qalib İbrahimoğlu

Dələduzlar pulların yuyulmasında NFT-lərdən daha çox istifadə edirlər

 NFT-lərin alışı və satışları üzərindən pulların yuyulması praktikası cinayət fəaliyyətinin hələ böyük olmasa da, sürətlə genişlənən sahəsidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Chainalysis şirkətinin hesabatında qeyd edilib. Analitiklər NFT-lərin ticarəti üçün nəzərdə tutulmuş platformalarda sürətlə böyüyən şübhəli aktivliyi aşkar ediblər. Həmin aktivlik qanunsuz yolla əldə edilmiş aktivlərin leqallaşdırılması ilə bağlı ola bilər. Tədqiqatçılar daha öncə dələduzluq, zərərli proqram təminatı və digər qanunsuz fəaliyyət növləri ilə əlaqəli olmuş kriptovalyuta portmanatlarından NFT-lərlə əlaqəli ticarət platformalarına yönəlmiş tranzaksiyaların izlənmələri üsulu vasitəsilə yuyulmuş pulların ümumi miqdarını təyin ediblər. Təyin edilmiş məbləğ o qədər də böyük olmayıb. Söhbət, 1.4 mlyon dollardan gedir.

 Sözügedən məbləğdə vəsait 2021-ci ilin dördüncü rübündə yuyulub. Lakin bu məbləğ bu ilin əvvəlindən bir xeyli böyüyüb. “Bütün bu fəaliyyət 2021-ci il ərzində kriptovalyutalar vasitəsilə yuyulmuş 8.6 milyard dollar vəsait ilə müqayisədə dənizdə olan kiçik damcıya bənzəyir. Bununla belə pulların yuyulması və sanksiyalar altında olan kriptovalyuta şirkətləri tərəfindən edilən köçürmələr NFT-yə olan etibarın gücləndirilməsinə qarşı böyük risk mənbəyidirlər. Bu cür proseslər ticarət platformaları, nizamlayıcı və hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə izlənməlidirlər” - deyə mütəxəssislər qeyd ediblər. Chainalysis şirkətinin hesabatı NFT-lərin fiktiv ticarətlərinin artdığını da göstərir. Fiktiv ticarətlər çərçivəsində tokenlərin sahibləri kənar kriptovalyuta portmanatlarından istifadə edərək həmin tokenləri özləri özlərindən alırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR