Bakıda itkin düşən 17 yaşlı qız tapılıb.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, gənc qız polis orqanına daxil olan müraciət əsasında tapılaraq ailə üzvlərinə təhvil verilib:
“Onun ailə üzvlərindən xəbərsiz qohum evində olması müəyyən edilib. Kriminal tərkib yoxdur”.
***
09:12
Bakıda 17 yaşlı qız itkin düşüb.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə avqustun 14-də Nərimanov rayon ərazisində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü Jalə Vahabzadə yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
















