• Bakı 17° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Bakıda 28 ailə qəzalı binada YAŞAYIR? - VİDEO

CƏMİYYƏT

21 Aprel 2025 | 09:40

Bakıda 28 ailə qəzalı binada YAŞAYIR? - VİDEO

Bakının Xətai rayonu, NZS yaşayış məntəqəsi, Marat Əmirxanov 19 ünvanında yerləşən yaşayış binası qəzalı vəziyyətdədir.

Bakıvaxt.az Xəzər TV-yə istinadən məlumat verir ki, binanın damı uçub-tökülür, eyvanları isə təhlükə saçır.

Sözügedən 6 bloklu 3 mərtəbəli binada 28 ailə yaşayır.

Sakinlər iddia edirlər ki, binanın damını illər əvvəl dəfələrlə öz vəsaitləri hesabına təmir ediblər.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, bina artıq paytaxtdakı qəzalı binaların siyahısına daxil edilib.

Qeyd olunan ünvandakı qəzalı bina ilə bağlı da müvafiq qərar veriləcək.


SON XƏBƏRLƏR

20 Aprel 2025