• Bakı 18° C

    15.59 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

Sabirabadın 7 kəndi qazsız qalacaq

CƏMİYYƏT

21 May 2025 | 08:23

Sabirabadın 7 kəndi qazsız qalacaq

Bu gün Sabirabad rayonunun yeddi kəndində qaz təchizatı dayandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, "Azadakənd" qazpaylayıcı stansiyasından (QPS) qidalanan Sabirabad rayon kəndlərini təbii qazla təmin edən PE 250, 200, 160, 110 mm-lik yeraltı qaz kəmərlərində kipliyin sınağı məqsədilə mayın 21-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun 7 kəndində qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Qeyd edilib ki, bu müddət ərzində rayonun Azadkənd, Poladtoğay, Yaxadəllək, Beşdəli, Qarağac, Dadaşbəyli, Minbaşı kəndlərində (ümumi 2 211 abonent) qaz təchizatı dayandırılacaq.


SON XƏBƏRLƏR

20 May 2025