• Bakı 21° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Sertifikatlaşdırılma imtahanında 4228 nəfər müəllim iştirak edib

CƏMİYYƏT

19 Iyun 2025 | 19:38

Sertifikatlaşdırılma imtahanında 4228 nəfər müəllim iştirak edib

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb.

Bu barədə Bakıvaxtı.az-a MÜTDA məlumat verib.

İyunun 19-da keçirilən test imtahanında 4228 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb.

Bildirilib ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 20 iyun saat 12:00-dan etibarən start veriləcək.
Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, müraciətlərin qəbulu 20 iyul saat 12:00-a qədər davam edəcək.

Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.


SON XƏBƏRLƏR

19 Iyun 2025