• Bakı 21° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Bakıda AA seriyalı maşın  məktəblini belə vurdu - ANBAAN - YENİLƏNİB

HADİSƏ

21 Dekabr 2021 | 15:01

Bakıda AA seriyalı maşın məktəblini belə vurdu - ANBAAN - YENİLƏNİB

Bakıda azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Paytaxtın Binəqədi rayonu ərazisində Fatmayi qəsəbə sakini 2013-cü il təvəllüdlü Ələsgərov Ömər Tahir oğlu avtomobillə vurulub.

Bakıvaxtı.az xəbər verir ki, "avtosfer.az"ın əldə etdiyi məlumata görə, hadisəni "İzmir LTD" Mənzil Tikinti Korporativinə məxsus 99-AA-669 dövlət nömrə nişanlı, Mersedes markalı avtomobilin sürücüsü törədib.

Qəza nəticəsində azyaşlı hadisə yerində həyatını itirib.

Avtomobilin sürücüsü 2002-ci il təvəllüdlü Binəqədi rayon sakini Xubyarov Fəxri Şamil oğlu saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam edir.

***

09:29

Bakıda 8 yaşlı uşağı avtomobil vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Fatmayı bağları massivində qeydə alınıb.

2002-ci il təvəllüdlü Fəxri Xubyarov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Ömər Ələsgərovu vurub. 8 yaşlı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb. (Apa)


Bakıda AA seriyalı maşın məktəblini belə vurdu - ANBAAN - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR