• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şirkətdən naqil oğurlayan şəxslər saxlanıldı

HADİSƏ

20 Yanvar 2022 | 10:38

Şirkətdən naqil oğurlayan şəxslər saxlanıldı

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə yanvarın 16-da Qum adası ərazisində enerji əməliyyat şirkətlərindən birinə məxsus hidravlik avadanlığı elektrik enerjisi ilə təmin edən 636 manat dəyərində naqilin oğurlanması və maqnit işəsalıcının sındırılması barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri X.Həsənli, əvvəllər məhkum olunmuş S.Məhərrəmov və Astara rayon sakini H.Quliyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026