• Bakı 19° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Şirvanda ər arvadını öldürdü - Polisə silahlı müqavimət göstərdi (YENİLƏNİB)

HADİSƏ

18 Fevral 2022 | 20:47

Şirvanda ər arvadını öldürdü - Polisə silahlı müqavimət göstərdi (YENİLƏNİB)

Şirvanda əri tərəfindən güllələnən 1982-ci il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızı xəstəxanada dünyasını dəyişib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Şirvan şəhər sakini Elnur Abıyev saxlanılarkən polisə silahlı müqavimət göstərib. Ov tüfəngindən atəş açan E.Babayev polislərlə atışmada yaralanıb.

O, yaralı vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

*** 19:24

Şirvanda qadın əri tərəfindən güllələnib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Şirvan şəhəri “Köhnə şəhər” adlanan ərazidə, Gülbala Şıxbala oğlu küçəsində baş verib.

Ailə münaqişəsi zəminində Şirvan şəhər sakini Elnur Abıyev həyat yoldaşı - 1982-ci il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızını ov tüfəngi ilə vurub.

Qarın nahiyəsində güllə yarası alan qadın Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirlərək əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.(apa.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR