Bakıda mənzildə meyit tapılıb.
Balkıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.
Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Mahmudova Qızbikə Mahmud qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
















