Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.
Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.
Məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində geniş əraziyə yayılmasına imkan verilməyərək saat 23:23-də söndürülüb.
Əlavə məlumat veriləcək.
***
23:3
Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğın nəticəsində bir nəfər ölüb.
***
23:02
Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
***
22:43
Bakıda güclü yanğın başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb. Bildirilir ki, yanğın Mərkəzi parkın yaxınlığında binaların birində qeydə alınıb. hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yanğının söndürülməsi istiqamətinə tədbilər görülür.
Əalvə məlumat veriləcək.













png-1655381761.webp)






