• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Vətən müharibəsi iştirakçısı İNTİHAR ETDİ

HADİSƏ

16 Iyun 2022 | 16:14

Vətən müharibəsi iştirakçısı İNTİHAR ETDİ

Sosial şəbəkələrdə Vətən müharibəsi qazisinin İcra Hakimiyyətinin qarşısında özünü öldürməsi ilə bağlı məlumat yayılıb. 

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Maşallah Mənəfov rayonun Cavad kəndində özünü asıb. O, çöl sahədə yerləşən pay torpaq ərazilərindən birində həyatına son qoyub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən saytımıza bildirilib ki, hazırda faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, o, İkinci Qarabağ Müharibəsinin iştirakçısı olub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026