• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şabranda baş verən yanğın söndürüldü - VİDEO

HADİSƏ

15 Iyul 2022 | 18:04 | Müəllif: Qalib İbrahimoğlu

Şabranda baş verən yanğın söndürüldü - VİDEO

Şabran rayonunun Təzəkənd - Daşlı yataq - Söhbətli kəndləri istiqamətində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Məlumata görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmos tərəfindən təqdim edilmiş görüntülərə əsasən, yanğın nəticəsində meşə fonduna aid kol-kos və ağaclıq ərazi, habelə biçilmiş əkin sahələri də daxil olmaqla ümumilikdə təxminən 126 hektar sahə yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğınla mübarizə tədbirlərində ümumilikdə FHN-in Aviasiya dəstəsi, Dövlət Yanğından Mühafizə Xidməti, Şimal Regional Mərkəzi, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri, Daxili İşlər Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları iştirak edib.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026