• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Şabranda ağır qəza: 1 ölü, 4 yaralı

HADİSƏ

14 Avqust 2022 | 13:04

Şabranda ağır qəza: 1 ölü, 4 yaralı

Şabranda avtomobil qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun rayonun Çuxurəzəmi kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər dünyasını dəyişib (kimliyi dəqiqləşdirilir - red.). Eyni zamanda Şabran rayon sakinləri - 1958-ci il təvəllüdlü Gülmirzə Əlifşalı oğlu İbrahimov, 1959-cu il təvəllüdlü Gülümnaz Əlisahib qızı İbrahimova, 1986-cı il təvəllüdlü Xuraman Heydər qızı İbrahimova və Sumqayit şəhər sakini 1957-ci il təvəllüdlü Məhəmməd Əmirulla oğlu Türbətov müxtəlif xəsarətlər alıblar.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

26 Aprel 2024