Goraboyda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Todan kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "NİVA" markalı minik maşını aşıb. Qəza zamanı avtomobildə olab sənişin - 23 yaşlı İsa Rəhimov hadisə yerində ölüb. Sürücü, 28 yaşlı Elşən Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Məlumata görə sürücü qəza vaxtı sərxoş olub. Faktla bağlı araşdırma aparılır.
















