• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yük avtomobili elektrik dirəyinə çırpılıb - xəsarət alanlar var

HADİSƏ

12 Oktyabr 2022 | 22:22 | Müəllif: Subhan Mahmudov

Yük avtomobili elektrik dirəyinə çırpılıb - xəsarət alanlar var

Şəmkir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az "report"a istinadən bildirir ki, hərəkətdə olan "Ford" markalı kiçiktutumlu yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində Şəmkir rayon sakinləri, 1977-ci il təvəllüdlü V.Cəfərov və 1956-cı il təvəllüdlü Ə.Cəfərova xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026