• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Narkotiki qaldıqları oteldə gizlətdilər

HADİSƏ

11 Noyabr 2022 | 09:21

Narkotiki qaldıqları oteldə gizlətdilər

Göyçayda narkotiki qaldıqları oteldə gizlədən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Ağdaş rayon sakinləri, əvvəllər məhkum olunmuş Raqif Yusifov və Ruslan Allahverdiyev tutulub. Onların Göyçay şəhəri ərazisində yerləşən otellərin birində müvəqqəti qaldıqları nömrəyə baxış keçirilərkən oradan bükümlərdə külli miqdarda heroin və metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitə və psixotrop maddəni sosial şəbəkələrdə tanış olduqları əcnəbi narkotacirdən satmaq məqsədilə aldıqlarını bildiriblər. İz itirmək məqsədilə Ağdaşdan Göyçaya gələrək oteldə qalan dostlar həmin əcnəbi narkotacirdən aldıqları narkotik vasitəni burada bölüşdürərək hissə-hissə satmaq niyyətində olublar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.


Narkotiki qaldıqları oteldə gizlətdilərNarkotiki qaldıqları oteldə gizlətdilərNarkotiki qaldıqları oteldə gizlətdilər
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026