• Bakı 13° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bakıda üçmərtəbəli yataqxanada YANĞIN

HADİSƏ

11 Dekabr 2022 | 00:28 | Müəllif: Subhan Mahmudov

Bakıda üçmərtəbəli yataqxanada YANĞIN

Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 20 m² olan otağın yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas edilib, 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Föqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026