• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ova gedən şəxs ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölüb

HADİSƏ

09 Yanvar 2023 | 23:29 | Müəllif: Subhan Mahmudov

Ova gedən şəxs ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölüb

Ova gedən şəxs ehtiyatsızlıqdan açılmış atəş nəticəsində öldü.

Bakıvaxtı.az bu barədə Biləsuvar rayon prokurorluğuna istinadən xəbər verir.

Yanvarın 9-u Biləsuvar rayon sakini, 1967-ci il təvəllüdlü Zakir Tağıyevin ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olmuşdur.

İlkin araşdırma zamanı Zakir Tağıyevin 09 yanvar saat 16 radələrində 3 nəfərlə birgə Biləsuvar rayonunda yerləşən "Şəhriyar" adlı əraziyə ova getməsi və həmin vaxt orada olan şəxslərdən biri tərəfindən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026