• Bakı 14° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Tovuzda qəza - 2 nəfər öldü

HADİSƏ

08 Fevral 2023 | 11:24

Tovuzda qəza - 2 nəfər öldü

Tovuzda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bakıvaxtı.az-a bildirib ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun Əlimərdanlı kənd ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub:

"Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, nəqliyyatın hərəkətini bərpa edib. İlkin araşdırmalar nəticəsində VAZ 21011 markalı avtomobil ilə "Mitsubishi Pikap" markalı avtomobil toqquşub. VAZ markalı avtomobildə olan 4 nəfərdən 2-si xəsarət alıb, 1 qadın və 1 kişi ölüb. Hazırda yaralıların və ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir. Faktla bağlı əlavə məlumat veriləcək".
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR