• Bakı 15° C

    1.16 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Naxçıvanın sabiq rəhbəri vəfat etdi  - FOTO

HADİSƏ

10 Mart 2023 | 09:26

Naxçıvanın sabiq rəhbəri vəfat etdi - FOTO

Uzun illər rəhbər vəzifələrdə çalışmış, eləcə də Sovet dövründə Naxçıvan Muxtar Respublikasına rəhbərlik etmiş İmran Mehdiyev vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, iqtisad elmləri doktoru İ.Mehdiyev 87 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, İ.Mehdiyev 1976–1979-cu illərdə Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, 1979–1982-ci illərdə Naxçıvan MSSR Nazirlər Sovetinin sədri vəzifələrində çalışıb.

Daha sonra bir sıra yüksək vəzifələri, həmçinin İsmayıllı rayon komitəsinin birinci katibi vəzifəsini tutan İ.Mehdiyev müstəqillik illərində (1991–1999) Sənaye və tikinti materialları nazirinin birinci müavini postunu icra edib.  


Naxçıvanın sabiq rəhbəri vəfat etdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR