• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

İranın molla rejiminə xidmət edən daha bir neçə nəfər tutuldu - YENİLƏNİB

HADİSƏ

07 Aprel 2023 | 17:39

İranın molla rejiminə xidmət edən daha bir neçə nəfər tutuldu - YENİLƏNİB

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.

Bakıvaxtı.az “MOUZE” Telegram kanalına istinadla xəbər verir ki, əməliyyatlar zamanı İranın molla rejiminə xidmət edən daha bir neçə nəfər saxlanılıb.

Onlar Yevlax rayon sakinləri - Ramin Quliyev, Vəfadar Pənahəliyev, Fəxri Zülfüqarlı və Amid adlı şəxslərdir.

Lent.az-ın əldə etdiyi xəbərə görə, saxlanılan şəxslərdən bəziləri narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.

 

11:23

Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində əməliyyatlar davam etdirilir.

Bakıvaxtı.az "Mouze" Telegram kanalına istinadla bildirir ki, həyata keçirilən əməliyyatlar zamanı Bakının Binə qəsəbə sakini Əli Behişti də saxlanılıb.

Qeyd edək ki, Əli Behişti moizələrində hər zaman İranın molla rejimini təbliğ edib.

Xatırladaq ki, Azərbaycan hüquq-mühafizə orqanlarının İranın casus şəbəkəsinə qarşı keçirdiyi son üç əməliyyatda 19 nəfər saxlanılıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026