• Bakı 25° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Zaqatalada maşın yandı

HADİSƏ

06 May 2023 | 12:54

Zaqatalada maşın yandı

Zaqatalada minik avtomobili yanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə səhər saatlarında Zaqatala-Aşağı Tala avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayon sakini Nail Camal oğlu İbrahimova məxsus “QAZ 3110” markalı minik avtomobili hərəkətdə olarkən maşında yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib, yanğın söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026