• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bakıda axtarışda olan şəxs 2 polisə xəsarət yetirdi - YENİLƏNİB

HADİSƏ

06 May 2023 | 23:23 | Müəllif: Subhan Mahmudov

Bakıda axtarışda olan şəxs 2 polisə xəsarət yetirdi - YENİLƏNİB

Paytaxtın Xəzər rayonunda əqli geriliyi olan şəxs polis əməkdaşlarına xəsarət yetirib

Bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Bakıvaxtı.az-a bildirib ki, valideynlərinin müraciəti əsasında polis əməkdaşları əqli geriliyi olan H.Ağayevin aqressiv hərəkətlərilə ictimai təhlükə yaratmasının qarşısını alarkən şəxs iki polis əməkdaşına yüngül xəsarət yetirib.

H. Ağayev polis əməkdaşları tərəfindən qeydiyyatda olduğu ruhi əsəb dispanserinə yerləşdirilib./report

22:35

Bakının Xəzər rayonunda axtarışda olan şəxs 2 polisə xəsarət yetirib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində baş verib.

Belə ki, axtarışda olan şəxs evinə gələn Xəzər Rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşları - 1991-ci il təvəllüdlü Rəcəbov Yavər Mərdan oğlu və 1985-ci il təvəllüdlü Yolçuyev Xəzər Şakir oğluna bıçaq xəsarətləri yetirib. Bundan başqa o öz qohumu, 1966-ci il təvəllüdlü Ağayev Vidadi Hüseynağa oğluna da bıçaq xəsarəti yetirib. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026