• Bakı 13° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Müşfiqdə gənc oğlan bıçaqlandı

HADİSƏ

10 Mart 2023 | 09:23

Müşfiqdə gənc oğlan bıçaqlandı

Martın 9-da saat 22 radələrində Qaradağ rayonu Müşfiq qəsəbəsində 1996-ci il təvəllüdlü qəsəbə sakini Elbrus Orucovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Araşdırmalarla cinayət əməlini şəxsi münasibətlər zəminində 1987-ci il təvəllüdlü qəsəbə sakini Mehman Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə M.Məmmədov saxlanılıb.

Araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR