Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 1 nəfərin Yuxarı Şirvan kanalının Yevlax rayonunun Xanabad kəndi ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub.
FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu Yuxarı Şirvan kanalında batması ehtimal edilən 1983-cü il təvəllüdlü Kərimov Rəşad Rafiq oğlunun axtarışlarına başlayıblar.
Əlverişsiz hava şəraitinə baxmayaraq, vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
11:18
Yuxarı Şirvan kanalının Yevlax şəhəri, Xanabad kəndindən keçən hissəsində 1 nəfər batıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.










jpg-1675846123.webp)
jpg-1675841116.webp)



jpg-1675833402.webp)




