• Bakı 17° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Goranboyda hərbi maşın qəzaya uğradı - Yaralılar var - YENİLƏNİB

HADİSƏ

11 Noyabr 2022 | 19:09

Goranboyda hərbi maşın qəzaya uğradı - Yaralılar var - YENİLƏNİB

Müdafiə Nazirliyindən hərbçilərin qəzaya düşməsi ilə bağlı məlumat yayıb.

"Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumatda bildirilir ki, noyabrın 11-də N nömrəli hərbi hissəyə məxsus avtomobilin qəzaya uğraması nəticəsində 2 hərbi qulluqçu yüngül xəsarət alıb.

Avtomobildə olan digər 5 hərbi qulluqçu tibbi müayinədən keçirilib və heç bir xəsarət almadıqlarına görə xidmət yerlərinə qaytarılıb.

***17:09

Goranboyda hərbi maşın qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Xan Qərvənd kəndində baş verib. Hadisə zamanı bir neçə hərbçinin yaralandığı bildirilir.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov faktı saytımıza təsdiq edib: “Bu gün saat 16:00 radələrində N saylı hərbi hissəyə məxsus “QAZ 52” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı sərnişin dayanacağına çırpılıb. Daha sonra Xan Qərvənd kənd sakini Raqif Hüseynova məxsus “VAZ 21099” markalı avtomobillə toqquşub. Hadisə zamanı mülki avtomobilin sürücüsü xəsarət almayıb. Hərbi avtomobildə olan 7 nəfər hərbçi müxtəlif dərəcəli xəsarətlər alaraq hospitala yerləşdirilib”.

Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo


Goranboyda hərbi maşın qəzaya uğradı - Yaralılar var - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026