• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Qrup halında narkotik qəbul edən şəxslər tutuldu - VİDEO - YENİLƏNİB

HADİSƏ

12 Oktyabr 2022 | 12:36

Qrup halında narkotik qəbul edən şəxslər tutuldu - VİDEO - YENİLƏNİB

Paytaxtın Nizami rayonunda qrup halında narkotik vasitə qəbul edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Nizami RPİ-nin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1985-ci il təvəllüdlü Siyavuş Bayramovdan 2.648 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə cinayət işi açılıb.

Digər şəxslər - 1981-ci il təvəllüdlü Rəsul Quliyev, 1983-cü il təvəllüdlü Elxan Məmmədov, 1976-ci il təvəllüdlü Rövşən Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
 

***

11:14

Sosial şəbəkələrdə Bakıda bir qrup şəxsin qrup halında narkotik vasitə qəbul etməsi ilə bağlı görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirilib ki, yayılan görüntülərlə bağlı məlumatlıdırlar:

“Hazırda həmin görüntülərlə bağlı araşdırma aparılır”.


Qrup halında narkotik qəbul edən şəxslər tutuldu - VİDEO - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026