• Bakı 22° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Kürdəxanıda yaşayış binasında YANĞIN - VİDEO - YENİLƏNİB

HADİSƏ

11 Noyabr 2022 | 09:05 | Müəllif: Subhan Mahmudov

Kürdəxanıda yaşayış binasında YANĞIN - VİDEO - YENİLƏNİB

Xəbər verildiyi kimi, ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən doqquzmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğının genişlənərək mənzillərə keçmə riskinin yüksək olduğu və qatı tüstülənmədən bina sakinlərinin həyatı üçün təhlükə yarandığı müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülməsi və bina sakinlərinin təxliyəsi təmin olunub.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən 9-u uşaq və 9-u yaşlı olmaqla ümumilikdə 28 nəfər təxliyə olunub. Binanın şaxtasında 27p.m elektrik naqilləri yanıb, mənzillər yanğından mühafizə olunub.

***

00:25

Bakıda yaşayış binasında yanğın olub.

Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində doqquzmərtəbəli yaşayış binasında baş verib.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, yanğın elektrik kabellərinin keçdiyi şaxtada baş verib.

Əlavə məlumat veriləcək.


Kürdəxanıda yaşayış binasında YANĞIN - VİDEO - YENİLƏNİBKürdəxanıda yaşayış binasında YANĞIN - VİDEO - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR