• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qubada evdən içində külli miqdarda pul olan seyf oğurlandı - VİDEO

HADİSƏ

16 Iyul 2022 | 11:37 | Müəllif: Subhan Mahmudov

Qubada evdən içində külli miqdarda pul olan seyf oğurlandı - VİDEO

Quba Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər şəxs özünə məxsus evdən qapını sındırma yolu ilə oğurluq edilməsi barədə məlumat verib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirləri keçirilib və oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Nicat Nəcəfov və Laçın Sərkərov  saxlanılıblar. 

Həmin şəxslərin zərərçəkmişə aid evə girərək oradan içərisində 125 000 manat və 10 min 310 dollar olan seyfi oğurladıqları müəyyən edilib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026