• Bakı 23° C

    7.04 m/s

  • USD - 1.7

    EUR - 1.6368

    RUB - 0.0296

Şəmkirdə 4 otaqlı ev yanaraq külə döndü

HADİSƏ

14 Avqust 2022 | 23:38

Şəmkirdə 4 otaqlı ev yanaraq külə döndü

Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 80 m² olan talvarın taxta atmaları yanıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Qeyd olunub ki, yüksək temperaturdan bitişik, ümumi sahəsi 50 m² olan köməkçi tikilinin lambirdən ibarət tavanı əriyib.

Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


SON XƏBƏRLƏR

26 Sentyabr 2022