• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda məşhur iş adamı binadan yıxılıb öldü - FOTO

HADİSƏ

13 Sentyabr 2022 | 18:19 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda məşhur iş adamı binadan yıxılıb öldü - FOTO

“AAAF Park” Yaşayış Kompleksinin əsas şəriklərindən biri, holdinqin prezidenti Tofiq Heydərovun yaxın dostu və sinif yoldaşı, iş adamı Elçin Səfərov ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bədbəxt hadisə dünən gecə baş verib.

E.Səfərov Yeni Yasamal yaşayış kompleksində yaşadığı mənzilin eyvanından yıxılıb. 

Üçüncü mərtəbədən yıxılan iş adamının başı əvvəlcə kondisionerə, daha sonra yerə dəyib. Hadisə nəticəsində E.Səfərov ölüb.

Bildirək ki, E.Səfərov uzun müddət “AAAF Park-Astara”nın direktoru vəzifəsində çalışıb.  (“Yeni Sabah”)


Azərbaycanda məşhur iş adamı binadan yıxılıb öldü - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026