Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin dəhlizində məişət tullantıları və istifadəyə yararsız ev əşyaları 20 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Bakıvaxtı.az-a verilən məlumata görə, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb, 12 nəfər (onlardan 4-ü uşaqdır) sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
17:19
Qaradağ rayonunda yanğın olub.
Bakıvaxtı.az xəbər verir ki, "Qobu Park" yaşayış kompleksində çoxmərtəbəli binanın 8-ci mərtəbəsində yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.
Yanğın zamanı bir neçə nəfərin tüstüdən zəhərləndiyi bildirilir.















