• Bakı 7° C

    3.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Qarabağ” polisə müraciət etdi

HADİSƏ

12 Noyabr 2022 | 12:08

“Qarabağ” polisə müraciət etdi

“Qarabağ” futbol klubu dövlət qeydiyyatına alınmış əmtəə nişanlarından qanunsuz istifadə halları ilə bağlı polisə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı klubun direktoru Emrah İşık Çelikel ərizə ilə Suraxanı Rayon Polis İdarəsinə noyabrın 11-də müraciət ünvanlayıb. Şikayət ərizəsində bildirilib ki, “Qarabağ” klubunun rəsmi dövlət qeydiyyatına alınmış əmtəə nişanlarının əks olunduğu formalar sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən satışa çıxarılır.

Klub həmin şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və qanunsuz satışların qarşısının alınmasını xahiş edib.

Müraciətlə bağlı araşdırmalar aparılır. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026