• Bakı 21° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Bakıda qadını müdafiə etmək istəyən qazi qətlə yetirildi - TƏFƏRRÜAT

HADİSƏ

15 Avqust 2022 | 09:05

Bakıda qadını müdafiə etmək istəyən qazi qətlə yetirildi - TƏFƏRRÜAT

Avqustun 15-i saat 01 radələrində paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisində 1998-ci il təvəllüdlü Niyaməddin Muradovun öldürülməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.

Nəsimi rayon prokurorluğundan Bakıvaxtı.az-a bildirilib ki, aparılmış araşdırmalarla 1999-cu il təvəllüdlü Bəxtiyar Qarayevin aralarında yaranmış mübahisə zamanı əvvəldən tanımadığı Niyaməddin Muradovun döş qəfəsinin sol yarısına bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bəxtiyar Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq tədbirləri davam edir.

***09:25

Bakıda bıçaqlanan gənc oğlanın kimliyi məlum olub.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, ürəyindən bıçaqlanan Muradov Niyammədin Dərşad oğlu parkda qətlə yetirilib.

O, naməlum kişini qadının əlindən telefon alaraq onu döyməsinin şahidi olub.

N. Muradov dərhal həmin kişinin bu əməlinin qarşısını almaq üçün qadını müdafiə etməyə çalışıb.

Naməlum kişi bıçaqla N.Muradovun ürəyinə zərbə endirib.

Xatırladaq ki, Niyammədin Muradov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. o, "Qubadlının azad olunmasına" görə medalı ilə təltif edilib.

***02:25

Bakının Nəsimi rayonunda qanlı hadisə baş verib.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, hadisə "Kubinka" ərazisində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Niyamməddin Ağayev naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb.

O, elə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları tərəfindən araşdırma aparılır.


SON XƏBƏRLƏR

22 Aprel 2024