• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Goranboyda məktəbə narkomanlar yığışır? - DİN-dən AÇIQLAMA - FOTO

HADİSƏ

16 Iyun 2022 | 16:52

Goranboyda məktəbə narkomanlar yığışır? - DİN-dən AÇIQLAMA - FOTO

Daxili İşlər Nazirliyi (DİN) Goranboy rayonunda orta məktəb binasına narkotik alüdəçilərinin toplaşdığı iddialarına münasibət bildirib.

Bakıvaxtı.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Goranboyda da Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mütəmadi olaraq həm profilaktiki, həm də əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

"Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı isə polis əməkdaşları həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. Məktəbə bitişik olan təsərrüfat binasında hər hansı bir narkotik və ya narkotik istifadə edilməsi üçün əşya aşkarlanmayıb. Divardakı qan ləkəsindən isə nümunə götürülərək müvafiq ekspertizaya göndərilib", - DİN rəsmisi vurğulayıb.


Goranboyda məktəbə narkomanlar yığışır? - DİN-dən AÇIQLAMA - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026