• Bakı 24° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Bakıda güllələnmə hadisəsi: ÖLƏN VAR - YENİLƏNİB + FOTO/VİDEO

HADİSƏ

26 Iyun 2024 | 22:55

Bakıda güllələnmə hadisəsi: ÖLƏN VAR - YENİLƏNİB + FOTO/VİDEO

İyunun 26-da saat 21 radələrində paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 95 ünvanında 2000-ci il təvəllüdlü Tural Kosayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a Nərimanov rayon prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyevin üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam davam edir.

22:03

İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. 

Hadisə şəxsi münasibətlər zəminində baş verib. 

Araşdırma aparılır.

 

21:56

Bakıda gənc oğlanı güllələyən tutuldu.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, Nərimanov rayonunda bir nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Əlavə məlumat veriləcəkdir.


21:33

Paytaxtın Nərimanov rayonunda, "Metro Park"ın qarşısında gənc oğlan güllələnərək qətlə yetirilib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə lent.az məlumat yayıb.

Hadisənin motivi məlum deyil. 

Hazırda hadisə yerində araşdırma aparılır.
 

 

 


SON XƏBƏRLƏR

29 Iyun 2024