• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Uşaq bıçaqla təhlükəli hərəkətlər etdi - Polis araşdırır - VİDEO

HADİSƏ

26 Iyul 2024 | 15:13

Uşaq bıçaqla təhlükəli hərəkətlər etdi - Polis araşdırır - VİDEO

Azyaşlı oğlan soyuq silahla təhlükəli hərəkətlər edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan görünür ki, təxminən 10-12 yaşlı uşaq əlindəki bıçağı bədəninin müxtəlif nahiyələrinə dirəyir.

Azyaşlı öz hərəkətlərini tam dərk etməsə də, onun videosunu çəkən şəxs hər halda, təhlükəni başa düşür.  

DİN-in mətbuat xidmətindən bildirilib ki, azyaşlının soyuq silahla təhlükəli hərəkətlər etdiyi əks olunan görüntülərlə bağlı araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024