• Bakı 21° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Bakıda hoteldə zəhərlənmə: Ölənlər var - FOTOLAR

HADİSƏ

07 May 2024 | 14:28 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda hoteldə zəhərlənmə: Ölənlər var - FOTOLAR

Bakının Səbail rayonunda yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib.

Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Əvvəlcə həmin şəxslərin qidadan zəhərləndiyi bildirilib. Amma həkimlər bu zəhərlənmədə şübhəli məqamların olduğu istisna etmir.

Vəfat edənlərdən birinin atasının yüksək vəzifədə işlədiyi bildirilir.

Sayt sağ qalan şəxslərin adlarını və fotolarını əldə edə bilib. Həmin şəxslərin birinin adı Nicat, digərinin adı isə Xəzərdir. Onlar sinif yoldaşı olub.

Nicat Astara Gömrük İdarəsinin əməkdaşıdır, Xəzər isə hərbçidir. Onların vəziyyətinin ağır olduğu bildirilir.


Bakıda hoteldə zəhərlənmə: Ölənlər var - FOTOLARBakıda hoteldə zəhərlənmə: Ölənlər var - FOTOLARBakıda hoteldə zəhərlənmə: Ölənlər var - FOTOLARBakıda hoteldə zəhərlənmə: Ölənlər var - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026