• Bakı 12° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Motosikletlə qadını vurub öldürdü

HADİSƏ

06 Iyun 2024 | 10:26

Motosikletlə qadını vurub öldürdü

İyunun 5-də paytaxtın Yasamal rayonu ərazisində ağır yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsinin S.Salayev küçəsi ilə kəsişməsində (metronun “Nizami” stansiyasının qarşısında) qeydə alınıb.

Belə ki, Faiq Qurbanəli oğlu Əlirzayev idarə etdiyi “Tufan” markalı motosikletlə orta yaşlı qadını vurub.

Ağır xəsarət alan qadın hadisə yerində ölüb.

Bildirilir ki, hadisə vaxtı motosiklet yüksək sürətlə hərəkət edirmiş.

Vəfat edən qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Motosiklet sürücüsü barəsində Yasamal RPİ-də cinayət işi açılıb, araşdırma gedir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR