• Bakı 24° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Bakıda müəllim şagirdi döydü, valideyn isə... - YENİLƏNİB

HADİSƏ

28 Fevral 2023 | 17:57

Bakıda müəllim şagirdi döydü, valideyn isə... - YENİLƏNİB

Məktəbdə şagirdin müəllim tərəfindən döyülməsi ilə bağlı rəsmi açıqlama verilib.

Bakıvaxtı.az xəbər verir ki, 273 nömrəli tam orta məktəbdən  verilən məlumata görə, fevralın 23-də 9b sinif şagirdinə (müəyyən səbəbdən şagirdin adı qeyd olunmur) davranışına, sinif yoldaşları ilə rəftarına görə sinif rəhbəri və riyaziyyat müəllimi tərəfindən irad bildirilib.

“Şagird tənbeh edilib. Fevralın 24-də keçirilən valideyn iclasında övladının nöqsanları barədə valideyn də məlumatlandırılıb. Fevralın 26-da valideyn məktəb rəhbərliyinə zəng vurub və müəllimin onun övladını vurduğunu bildirib.

Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən müəllim və şagirdlərlə görüş keçirilib. Müəllimin şagirdə qarşı fiziki təzyiq göstərmədiyi, ancaq tənbeh etdiyi məlum olub. Şagirdə qarşı münasibətdə həssas davranmadığı üçün müəllimə xəbərdarlıq edilib”, - məktəbin məlumatında vurğulanıb. /Qafqazinfo

 

10:40

Bakının Qaradağ rayonu, Sahil qəsəbə sakini övladının məktəbdə müəllim tərəfindən döyüldüyünü bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Qaradağ RPİ-nin 38-c Polis Bölməsinə müraciət edən A.S. övladı, 2008-ci il təvəllüdlü Asimanın (şərti) 273 saylı məktəbdə xanım müəllim tərəfindən döyüldüyünü bildirib.

O, hadisənin xuliqanlıq zəminində baş verdiyini iddia edib və müəllim barəsində tədbir görülməsini xahiş edib.

Müraciətlə bağlı polis tərəfindən araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026