• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Azad edilmiş ərazilərin bərpasına ayrılan vəsait açıqlandı 

SİYASƏT

24 Dekabr 2022 | 12:01

Azad edilmiş ərazilərin bərpasına ayrılan vəsait açıqlandı

İndiyə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və quruculuq işlərinə 9 milyard manata yaxın vəsait ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Yeni Azərbaycan Partiyasının təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə Bakıda keçirilən “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda deyib.

O bildirib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağın bərpasına 19.2 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub. Bu xərclər daha çox daxili imkalar hesabına təmin ediləcək.

V.Qasımlı əlavə edib ki, prosesdə daha yaxından iştirak etməsi üçün özəl sektora imkanlar yaradılır: "Bu sahədə dövlət-özəl partnyorluğu üçün qanunvericilik təkmilləşdirilir. Eyni zamanda, Qarabağda fəaliyyət göstərəcək sahibkarlara vergi, gömrük güzəştlərinin verilməsi, əlverişli kredit resurslarına çıxış imkanlarının yaradılmasını buna nümunə göstərə bilərik".

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə idarərəetməni 4 qrupa bölmək olar: “Onlar Ali idarəetmə -  Prezident, mərkəzi idarəetmə - Əlaqələndirmə Qərargahı və Prezidentin xüsüsu nümayəndəliyi (Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Şərqi Zəngəzur İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti) və yerli səviyyədə idarəetmədir”. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026