• Bakı 22° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bayden Ukraynadakı müharibənin taleyini açıqladı

DÜNYA

25 Avqust 2024 | 00:40 | Müəllif: Subhan Mahmudov

Bayden Ukraynadakı müharibənin taleyini açıqladı

Rusiyanın Ukrayna dövlətinə qarşı genişmiqyaslı müharibəsi Ukraynanın azad və müstəqil ölkə olaraq qalması ilə başa çatacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden X səhifəsində yazıb.

Amerika lideri vurğulayıb ki, Ukrayna müharibə başlayanda azad idi, indi də belədir və müharibədən sonra gələcəkdə də suveren olacaq: "Bu gün Ukrayna xalqı Müstəqillik Gününü qeyd edir. Rusiyanın mənasız müharibəsi başlayanda Ukrayna azad ölkə idi. Bu gün o, hələ də azad ölkədir. Müharibə Ukraynanın azad, suveren və müstəqil ölkə olaraq qalması ilə bitəcək". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026