• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İran nüvə silahından imtina etməyə hazırdır - BİR ŞƏRTLƏ

DÜNYA

24 Sentyabr 2024 | 00:31 | Müəllif: Subhan Mahmudov

İran nüvə silahından imtina etməyə hazırdır - BİR ŞƏRTLƏ

İran Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) şərtlərinə qayıtmağa hazırdır və nüvə silahının inkişafını davam etdirmək niyyətində deyil.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Nyu-Yorkda jurnalistlərlə keçirilən dəyirmi masada deyib.

“Biz saziş üzrə öhdəliklərimizə qayıtmağa tam hazırıq, lakin belə olmamalıdır ki, ABŞ və Avropa ölkələri öz öhdəliklərini yerinə yetirmək istəməyib, öz növbəsində bizdən öz öhdəliklərimizə qayıtmağı xahiş etsinlər”, – deyə Pezeşkian bildirib.

İran prezidenti əlavə edib ki, bir çox ölkələr əsassız olaraq Tehranı nüvə silahı yaratmaq cəhdində ittiham edib, lakin MAQATE-nin yaxından müşahidəsi və onların qiymətləndirmələri bu ittihamları təkzib edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026