Fələstinli etirazçılar ABŞ prezidenti Co Baydenin qaldığı otelə basqın ediblər.
Bakıvaxtı.az "TGRT Haber"ə istinadən xəbər verir ki, İsrailin Qəzzaya hücumlarını soyqırım adlandıran etirazçılar bunda Baydeni də günahlandırıblar.
Təxminən 30 nəfər olduğu təxmin edilən nümayişçilər otelə daxil olaraq qışqırıblar:
"Bayden, gizlənə bilməzsən, biz səni soyqırımda ittiham edirik" kimi şüarlar səsləndiriblər.
Qrupun bəzi üzvləri əllərində “Soyqırımı maliyyələşdirməyi dayandırın: ABŞ-nin İsrailə bütün yardımlarını dayandırın” yazılmış plakatlar tutub, Baydenə “Bu gün neçə uşağı öldürdünüz?” sualını ünvanlayıblar.
Günəş Mərd