• Bakı 24° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

“Bayer 04” məğlubedilməzlik seriyasını davam etdirib

İDMAN

05 May 2024 | 22:23 | Müəllif: Subhan Mahmudov

“Bayer 04” məğlubedilməzlik seriyasını davam etdirib

Çempionluğunu rəsmiləşdirən “Bayer 04” “Frankfurt” səfərindən qələbə ilə ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, Almaniya çempionu 12-ci dqiqədə Qranit Çakanın qolu ilə hesabı açıb.

Meydan sahibləri 32-ci dəqiqədə Huqo Ekitikenin qolu ilə hesaba tarazlıq gətirib. 44-cü dəqiqədə səhnəyə çıxan Patrik Şik yenidən komandasını hesabda irəli çıxarıb.

57-ci dəqiqədə Eksekuil Palasios fərqi artırıb-3:1. Jermi Frimiponq 77-ci dəqiqədə dəqiq oynayıb-4:1. Bonifeys 89-cu dəqiqədə görüşdə son nöqtəni qoyub -5:1.

Qeyd edək ki, 119 il sonra çempionluğunu rəsmiləşdirən “Bayer 04” -ün aktivində 82 xalı var. “Frankfurt” 45 xalla 5-ci pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026