"Qalatasaray"ın hücumçusu Mauro İkardi klubdan gedə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu iddia ilə "Gianluca Di Marzio" çıxış edib.
Məlumata görə, Qalatasaray Sportif A.Ş. Vitse prezidenti Erden Timur vəzifəsini tərk edərsə, Mauro İkardinin gedəcəyi ehtimalı güclüdür.
Xəbərdə İkardinin Timurun layihəsinə inandığı üçün "Qalatasaray"a transfer edildiyi bildirilib. Digər tərəfdən, ötən mövsümün əvvəlində Səudiyyə Ərəbistanından astronomik maaş təklifləri alan Mauro İkardinin Erden Timura iki il ard-arda "Qalatasaray"ı çempion edəcəyinə söz verdiyi üçün bu təklifləri rədd etdiyi qeyd edilib.
Qeyd edək ki, son 2 mövsümdə "Qalatasaray"la 73 matçda 55 qola imza atan 30 yaşlı Mauro İkardi 20 məhsuldar ötürmə edib.
Kamil Musayev
BDU-nun tələbəsi
Bakıvaxtı.az






jpg-1720069966.webp)







jpg-1720001644.webp)

