• Bakı 22° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bayram günlərində təcili yardıma nə qədər müraciət olub?

CƏMİYYƏT

05 Yanvar 2022 | 15:28 | Müəllif: Qalib İbrahimoğlu

Bayram günlərində təcili yardıma nə qədər müraciət olub?

“Bayram günlərində xəttə kifayət qədər təcili yardım briqadalarını cəlb etməyə çalışdıq”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva “Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bayram günlərindəki iş fəaliyyəti haqqında” mövzusunda çıxışında deyib.

Onun sözlərinə görə, Bakı şəhəri üzrə təcili yardım 21 bölmə və 139 briqadanı əhatə edir. N.Fərzəliyeva bildirib ki, bu briqadalar bayram günlərində çağırışlara cəlb olunmuşdu.

"Bayram günlərində çağırışlarda artım müşahidə olunurdu”. deyən baş həkimin müavini bildirib ki,  əgər adi günlərdə gün ərzində 2600-2700 çağırış icra edilirdisə, bayram günlərində bu say 2800-3300 təşkil edib.

 “Ən çox çağırış yanvarın 2-3-də oldu. Bu günlərdə çağırışlar 3300-ə qədər yüksəldi”, - deyə Nuridə Fərzəliyeva qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026