Belarus iyulda keçiriləcək sammitdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü olacaq.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ŞƏT-in baş katibi Çjan Minq açıqlama verib.
"Gələn ay Astanada keçiriləcək ŞƏT sammitində Belarusun təşkilata qəbulu ilə bağlı qərar veriləcək", - deyə Minq vurğulayıb.
Qeyd edək ki, mayın 31-də Rusiya və Belarus prezidentləri arasında telefon danışığı olub. Tərəflər Şanxay Əməkdaşlıq Təşkilatının gələcək sammitinin məsələlərini müzakirə ediblər.
Gülşən Şərif
















