• Bakı 19° C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 2.0021

    RUB - 2.0531

“Bəlkə elə Paşinyan Rusiya agenturasının nümayəndəsidir?” - AKTUAL 

SİYASƏT

17 Sentyabr 2025 | 10:25

“Bəlkə elə Paşinyan Rusiya agenturasının nümayəndəsidir?” - AKTUAL 

“Ermənistan rəsmilərinin ötən həftə ərzində səsləndirikləri fikirlər sülhə ciddi zərbə vurur”.

Bu barədə Bakıvaxtı.az-a beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib. 

O qeyd edib ki, başda Ermənistanın Baş naziri Nikol Paşinyan olmaqla digər rəsmilərin Zəngəzur dəhlizi məsələsini təhlükəsizlik aspektləri ilə bağlı gündəmə daşımaları prosesi sabotaj edir:

“Rusiyadan da Azərbaycana qarşı tezislər səsləndirilir. Bu tezislərdə Azərbaycanı Finlandiya ilə eyniləşdirirlər, halbuki Finlandiya NATO-nun üzvüdür. Rusiya ilə sərhəddi var. Bu, NATO-Rusiya sərhəddi deməkdir, təhlüksəzlik aspektindən Rusiyaya çox böyük problemlər yaradır. Azərbaycan isə NATO ölkəsi deyil. Necə olur ki, Rusiya və Ermənistandan eyni ruhlu tezislər səsləndirilir? Bəs biz sülhdən danışırdıq, 8 avqustda paraflanmış sənədlərdən bəhs edirdik. Ermənistan hakimiyyətinin indiki “performansı” hərbi ritorikanı yenidən canlandırır. Doğrudandamı Ermənistan hərb yolunu tutmaq istəyir? Uzun müddətdir, Paşinyanın Qərb agenturası tərəfindən hakimiyyətə gətirilməsinə dair məlumatlar tirajlanır, Paşinyan hakimiyyəti əslində Rusiya agenturasına xidmət göstərir. Bəlkə elə Paşinyan Rusiya agenturasının nümayəndəsidir? Bu fikir daha ağıllı və məntiqli deyilmi? Çünki sülhə doğru gedən prosesləri “baltalayan” ölkələr sırasında Rusiya başda gəlir”.

Ə.Əlibəyli diqqətə çatdırıb ki, İranın da mövqeyini açıq şəkildə qeyd etmək lazımdır:

“İran daxili auditoriyasında anti-Azərbaycan çıxışları yüksəlməkdədir. İranın Ermənistandakı səfiri Mehdi Sübhani Azərbaycana qarşı hədyanlar səsləndirir. Bəzi Avropa ölkələrinin parlamentində anti-Azərbaycan əhval-ruhiyyəsi hökm sürür. Bunu AŞPA-nın Azərbaycan üzərində apardığı biabırçı əməliyyatlarda da müşahidə etdik”. 

Əziz Əlibəyli: Sülhə gedən prosesləri "baltalayan" ölkələr sırasında Rusiya başda gəlir

Müsahibimizin sözlərinə görə, digər qonşumuz Gürüstan da Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına “isti” yanaşmır:

“Gürcüstanın bir çox politoloqlarının səsləndirdiyi tezis budur ki, buradan qlobal kommunikasiya xətti keçəcək və onda Gürcüstanın əhəmiyyəti azalacaq. Gürcüstanda bu fikiləri daha çox sabiq prezident Mixeil Saakaşvili səsləndirir. O, son çıxışlarında qeyd edir ki, Gürcüstan oyundan kənar vəziyyətdə qaldı. Bütün bu ölkələrin birgə şəkildə Azərbaycanla Ermənistanın sülh müqaviləsi bağlamasının əleyhinə mövqe ortaya qoymağa başlayıblar. Ermənistan hakimiyəti də bu prosesə başqa maraqlar naminə dəstək verməkdədir".

Ə.Əlibəyli onu da bildirib ki, indiki Ermənistan hakimiyyətinin sülhlə bağlı daxili auditoriyanı dinləməsi yaxşı olardı. Çünki bu ölkə keçmiş yaşantılara və işğallara görə cəzalandırıldı:

"Unutmaq olmaz ki, indi orada olan separatçılar, o cümlədən Qarabağdan olan ermənilərin təxminən 24 mini Ermənistanı tərk edib, getdi.  Sülhə mane olacaq problemlər ortadan qalxmaq üzrədir. Ermənistan cəmiyyəti də daha çox iqtisadi dirilişə can atır. Ölkəyə maliyyə kanalları açılmalıdır, tarix bir şans imkan yaradıb. Onlar bundan sonra nə Azərbaycana qalib gələ bilərlər, nə yenidən Qarabağı işğal edə bilərlər, nə Azərbaycan -Türkiyə və Pakistan hərbi sisteminə qarşı bölgədə yeni bir mövqe şəkilləndirə bilərlər. Artıq dövrə qapanıb, reallıqları qəbul etməlidirlər”.

Aydın Baxış


SON XƏBƏRLƏR

16 Sentyabr 2025